Yuxarı

ABŞ-ın bütün ölkələrdən Çin tələbi – Açıq savaş başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın bütün ölkələrdən Çin tələbi – Açıq savaş başladı

İdxal rüsumlarının aradan qaldırılması ilə bağlı danışıqlarda ABŞ hakimiyyəti xarici ölkələrdən Çinlə ticarəti məhdudlaşdırmağı tələb etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ Çini təcrid etmək üçün tarif danışıqlarından istifadə etməyi planlaşdırır. Maliyyə naziri Skott Bessent qarşılıqlı tariflərdə güzəştlər müqabilində ticarət tərəfdaşlarından Çinin öz iqtisadiyyatlarında iştirakını məhdudlaşdırmasını istəyir”, - məlumatda bildirilib.

Nəşr yazıb ki, Ağ Ev xarici ölkələrdən Çinə öz əraziləri vasitəsilə mal tədarükünü qadağan etməyi, Çin şirkətlərinin orada ofis açmasına imkan verməməyi, Çindən gələn ucuz sənaye komponentlərinin onların bazarına daxil olmasına şərait yaratmamağı tələb edəcək:

“Dəqiq tələblər Çinin iqtisadiyyatına cəlb olunma dərəcəsini nəzərə alaraq, ölkədən ölkəyə əhəmiyyətli dərəcədə dəyişə bilər”.

Mənbə bildirib ki, ABŞ administrasiyasında Çinə təzyiqin əsas tərəfdarı maliyyə naziri Bessentdir. Onun təklif etdiyi tədbirlərdən biri də Çin şirkətlərinin səhmlərinin ABŞ birjalarında ticarətinə qadağa qoyulmasıdır.

Tarix
2025.04.16 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla