Yuxarı

Banklara 1 milyard yatırıldı: faizlər aşağı düşür - Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklara 1 milyard yatırıldı: faizlər aşağı düşür - Rəsmi

Maliyyə Nazirliyinin vahid xəzinə hesabının milli valyutada olan 1 milyard manatlıq sərbəst qalığını 3 ay müddətinə 7,21 faiz orta illik gəlirliliklə yerli banklarda depozitə yerləşdirməsi bank sektorunda likvidliyin dəstəklənməsi baxımından müsbət qiymətləndirilir.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

Qurumdan qeyd edilib ki, bu əməliyyat Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında mövcud koordinasiya çərçivəsində həyata keçirilib:

“İlkin qiymətləndirmələrə görə, bu əməliyyat bank sektorunda likvidliyi artırdığı üçün qısamüddətli faizlərə azaldıcı təsir göstərmişdir. Bu tip əməliyyatların uzunmüddətli depozit və kredit faizlərinə təsiri üçün bir qədər zaman lazımdır. Bu istiqamətdə nəticələr əldə olunduqca geniş ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bu addım Azərbaycanda dövlət vəsaitlərinin idarə edilməsində yeni yanaşma hesab olunur və büdcəyə əlavə gəlir mənbələrinin formalaşdırılmasına yönəlib.

Tarix
2025.04.22 / 16:26
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla