Yuxarı

Yapı Kredi Bankın depozit portfelində ciddi geriləmə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yapı Kredi Bankın depozit portfelində ciddi geriləmə

Bu ilin birinci rübündə Azərbaycan bank sektorunda bəzi bankların depozit portfellərində nəzərəçarpacaq azalma müşahidə olunub. Statistik göstəricilərə əsasən, ən ciddi geriləmə Yapı Kredi Bank Azərbaycan QSC-də qeydə alınıb – bankın depozit portfeli nisbi dinamikada 28%, mütləq dinamikada isə 147.7 milyon manat azalıb.

Axar.az Teleqraf-a istinadla xəbır verir ki, ikinci ən böyük azalma Bank Respublika ASC-də baş verib – bankın depozit portfeli müvafiq olaraq 10%, 135,8 milyon manat azalıb. Ardınca Ziraat Bank Azərbaycan ASC gəlir – bu bankda da depozit portfelində 17% (93.5 milyon manat) azalma qeydə alınıb.

PAŞA Bank ASC-nin depozit portfeli 89,3 milyon manat azalıb ki, bu da nisbi dinamikada 1% təşkil edib. Azər Türk Bank ASC-də isə azalma 5% və ya 77,7 milyon manat təşkil edib.

Yelo Bank ASC 2%-lik (15,3 milyon manat), Bank Avrasiya ASC isə 9%-lik (5,6 milyon manat) azalma ilə siyahını davam etdirir. AFB Bank ASC-də 2% (2,2 milyon manat), "Bank Melli İran"ın Bakı filialında isə 1% (300 min manat) geriləmə müşahidə olunub.

Qeyd edək ki, rüb ərzində depozit portfeli üzrə ən çox dinamika müşahidə edilən bank Azərbaycan Beynəlxalq Bankı ASC olub. Belə ki, bankın depozit portfelinin həcmi mütləq dinamikada 121,9 milyon manat artıb.

Tarix
2025.04.22 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla