Yuxarı

Bitkoinin qiyməti kəskin artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bitkoinin qiyməti kəskin artdı

Son sutka ərzində bitkoinin qiyməti kəskin şəkildə artaraq mart ayından bəri ilk dəfə 90 min dollar həddini keçib. Ticarət platformalarının məlumatına görə, 22 aprel tarixinə olan vəziyyətə əsasən, kriptovalyutanın dəyəri 2,54 faiz artaraq 90,47 min dollara çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bitkoinin dəyəri 25,6 unsiya qızıla bərabər olub.

Son iki həftə ərzində ABŞ-la Çin arasında ticarət gərginliyi səbəbilə qızılın qiyməti 10 faiz artıb. Nəticədə bitkoin və qızıl arasındakı nisbət 2024-cü ilin noyabrında, ABŞ-də keçirilən prezident seçkiləri öncəsində müşahidə olunan səviyyəyə qayıdıb.

“Euler Analitik Texnologiyalar” şirkətinin mütəxəssisləri bildirirlər ki, bazarlardakı qeyri-müəyyənlik fonunda investorlar qoruyucu aktiv kimi yenidən kriptovalyutalara üz tuturlar. Bu tendensiya bitkoinin qızıl qarşısındakı dəyərinin bərpasına səbəb olub.

Tarix
2025.04.22 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla