Yuxarı

MB-də görüş: manatın məzənnəsi ilə bağlı mühüm qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun bir neçə müstəqil iqtisadçı ilə növbəti görüş keçirib və müzakirələr aparıb.

Axar.az xəbər verir ki, görüşdə iştirak edən iqtisadçı ekspert Natiq Cəfərli formatı təqdir edib və bir neçə sual səsləndirdiyini vurğulayıb.

“1. MB-nin həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı öncədən bilinir, bu həcm dəyişmir, amma düşünürəm ki, həftədə 2 hərrac haqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar;

2. Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdım, yeni, doğru yanaşmadır, amma problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banka yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür;

3. Ölkədə vətəndaşların arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı getdikcə populyarlaşır, amma bu fəaliyyətin vergi ayağı doğru tənzimlənmir, vergi insanlara problem yaradır, buna görə də bizim treyderlər xarici banklara üz tutub onların onlayn bankçılığı platformalarından istifadəyə üstünlük verirlər;

4. Taleh müəllim ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu dedi – bu, ölkəmiz üçün çox kiçik rəqəmdir, amma bu nəticədir, səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı göstərilməsinə rəğmən daha kasıb olmasıdır.

Bank kredit faizlərinin yüksək olması, manatın gələcəyi də müzakirə olundu, aldığımız siqnal belədir ki, nə MB, nə də hökumət yaxın-orta vədədə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünür”, - ekspert vurğulayıb.

Tarix
2025.04.24 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla