Yuxarı

Dollar yenidən ucuzlaşmağa başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar yenidən ucuzlaşmağa başladı

ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jannet Yellen dünən, iyunun 6-da Filadelfiya ştatındakı çıxışında investorların uçot dərəcəsi ilə bağlı gözlədiyi açıqlamanı verməyib və nəticədə, dolların digər valyutalara qarşı məzənnəsi azalmağa davam edib.

Report xəbər verir ki, maliyyə bazarı iştirakçıları J.Yellendən yaxın aylarda uçot dərəcəsini artıracaq siqnallar gözləsə də, o, iyunun 3-də əmək bazarından gələn göstəricinin pisləşməsinə diqqət çəkib.

Nəticədə, USD/EUR məzənnəsi 1,1393 səviyyəsinə qədər artıb. FES rəhbəri həmçinin Çinin iqtisadi problemlərinə və Britaniyada keçiriləcək referendumdan danışıb. Buna baxmayaraq, FES başçısı müsbət iqtisadi amillərin üstünlük təşkil etdiyini, əmək haqlarındakı artımın əmək bazarının tam məşğulluğa yaxınlaşdığını bildirsə də FES üzvləri faizləri artırmamışdan əvvəl əmək bazarının tam bərpa olunduğunu görmək istəyir. Bunun üçün də iyun ayı məşğulluq göstəricisinin 200 min nəfərə yaxın olması tələb edilir.

FES-in iyunda faizləri artırmayacağı, iyul ayı üzrə gözləntilərin minimal səviyyəyə enməsi isə dolların məzənnəsini kəskin aşağı sala bilər. Analitiklər ABŞ iqtisadiyyatından zəif statistik göstəricilərin açıqlanmaya davam etməsi halında dollar/avro məzənnəsinin 1,17-1,18 USD/EUR və hətta daha yüksək səviyyəyə qədər artacağını ehtimal edirlər. Belə olarsa, neft qiymətləri də 60-65 dollar/barelə qədər arta bilər.

Tarix
2016.06.07 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla