Yuxarı

Mərkəzi Bankın “qırmızı zolağı”ndan düşməyən bank

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzi Bankın “qırmızı zolağı”ndan düşməyən bank

"Yapı Kredi Bank Azərbaycan" aprel ayında müştərilərin ən çox şikayət etdiyi bank olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı göstəriciləri Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

AMB-nin açıqladığı müştәrilәrin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksinə görə, “Yapı Kredi Bank Azərbaycan” 3.27 göstərici ilə birinci yeri tutub.

Ümumiyyətlə, adıçəkilən bank bu ilin yanvar, mart, aprel aylarında ən çox şikayət edilən banklar arasında birinci, fevralda isə dördüncü olub.

Şikayət indeksi, banklar üzrə müştəri xidmətlərinə dair şikayətlərin bazar payı ilə müştəri sayının bazar payı arasındakı nisbətə əsaslanaraq hesablanır. Mərkəzi Banka daxil olan şikayətlər, hər bir bank üzrə ümumi sektordakı şikayətlərlə müqayisə edilərək müəyyən edilir.

Metodologiyada, şikayətlər arasında təkrar şikayətlər, kredit üzrə güzəştlər və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan məsələlər çıxarılaraq, yalnız müştəri xidmətləri ilə əlaqədar şikayətlər nəzərə alınır.

Kateqoriyaların izahı: - yuxarı şikayət indeksi (qırmızı zolaq - hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan); orta şikayət indeksi (sarı zolaq); aşağı şikayət indeksi (yaşıl zolaq - hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan).

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycan bank sektorunda bəzi bankların depozit portfellərində nəzərəçarpacaq azalma müşahidə olunub. Statistik göstəricilərə əsasən, ən ciddi geriləmə Yapı Kredi Bank Azərbaycan QSC-də qeydə alınıb – bankın depozit portfeli nisbi dinamikada 28%, mütləq dinamikada isə 147.7 milyon manat azalıb.

Tarix
2025.05.15 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla