Yuxarı

2026-cı ildən Azərbaycandan qaz alacağıq - Klosi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
2026-cı ildən Azərbaycandan qaz alacağıq - Klosi

Albaniya 2026-cı ildə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz idxalına başlamağa hazırlaşır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.

“Albaniya ilk dəfə (2026-cı ildə – red.) TAP boru kəməri ilə qaz alacaq. Qaz kəməri artıq Albaniya ərazisindən keçir və İtaliyaya gedir, lakin gələcəkdə şimala doğru bir qolun çəkilməsi layihəsi müzakirə oluna bilər. Hələlik o, baxılma mərhələsindədir”, – Klosi qeyd edib.

Onun sözlərinə görə, Albaniya qazlaşdırma sahəsində geri qalmağı aradan qaldırmağa çalışır və təchizat layihəsini strateji hesab edir.

Qeyd edək ki, TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq ildə 1,2 milyard kubmetr qaz qəbul edəcəyi planlaşdırılır. Bunun 1 milyard kubmetrini İtaliya, daha 200 milyon kubmetrini isə Albaniya alacaq.

Tarix
2025.05.15 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla