Yuxarı

Azərbaycan Qazaxıstandan taxıl idxalını 113 dəfə artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Qazaxıstandan taxıl idxalını 113 dəfə artırdı

Qazaxıstan dünyada iri taxıl ixracatçısı kimi mövqeyini tədricən gücləndirir.

Axar.az Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2024–2025-ci illər mövsümündə sentyabrdan aprelin sonunadək taxıl və unun taxıl ekvivalentində ixracı təxminən 10 milyon ton təşkil edib. Bu da ötən mövsümlə müqayisədə 37,4 faiz artım deməkdir.

Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov bildirib ki, beşillik fasilədən sonra Azərbaycan, Gürcüstan və Türkiyəyə taxıl tədarükü bərpa olunub.

“İtaliyaya sərt buğda növlərinin ixracı artır. Hazırda Qazaxıstan Belçika, Polşa, Portuqaliya, Norveç və Böyük Britaniya kimi bizim üçün qeyri-ənənəvi Avropa bazarlarına ixracı inkişaf etdirir. Eyni zamanda Mərakeş və BƏƏ də məhsullarımıza maraq göstərir”, – deyə o, qeyd edib.

2024/2025-ci illər mövsümündə sentyabr–aprel aylarında Azərbaycana taxıl və unun taxıl ekvivalentində idxalı 5 min tondan 569 min tona yüksəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 113 dəfə artım deməkdir.

Tarix
2025.05.15 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla