Yuxarı

Manatın məzənnəsi ilə bağlı mühüm yenilik

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatın məzənnəsi ilə bağlı mühüm yenilik

Son statistik məlumatlara görə, manatın dövretmə sürəti 3,33 bənd təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd, ilin əvvəli ilə müqayisədə 0,12 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb.

Manatın dövretmə sürətinin azalması nəyə işarədir?

Axar.az xəər verir ki, iqtisadçı Eyyub Kərimli Globalinfo.az-a açıqlamasında hazırda ölkəmizdə devalvasiya riskinin olmadığını deyib.

“Manatın dövriyyə sürətindəki azalma hər zaman belə dəyərləndirilməməlidir. Bu il inflyasiya göstəricilərimiz aşağı səviyyədədir və bu, iqtisadi fəallığın mülayim azalması ilə əlaqədar ola bilər. Ümumilikdə, cari ilin ilk 5 ayının göstəricilərini müqayisə etdikdə, manatın dövriyyə sürətindəki azalmaların devalvasiya prosesini aktivləşdirmədiyi aydın olur”, - o qeyd edib.

İqtisadçı bildirib ki, Azərbaycanda devalvasiya riskini artıran önəmli amillər mövcud deyil:

“İqtisadi durğunluq baş vermir, əhalinin və biznesin iqtisadi fəallığı kifayət qədər yüksək səviyyədədir. Ötən illə müqayisədə banklardakı depozitlərin həcmi və məbləği artır. Bundan əlavə, xarici ticarət balansımız müsbət saldoya malikdir və inflyasiya gözləntiləri aşağı səviyyədə saxlanılır”.

Tarix
2025.05.30 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla