Yuxarı

Tikini bazarında vəziyyət: Bu məhsullar ucuzlaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tikini bazarında vəziyyət: Bu məhsullar ucuzlaşdı

2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.

Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir:

Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton

Sex istehsalı armaturlar: 800-900 AZN/ton.

Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir.

Taxta məhsullar tikintidə geniş istifadə olunur. Qiymətlərdə bahalaşma mövcuddur:

1 m³ yaş taxta: 380-420 AZN

Quru taxta isə daha yüksək qiymətlərlə təklif olunur.

Dam örtükləri və diktlər

Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub:

0.45 mm qalınlığında dam örtüyü: 10.5 AZN → 9.5 AZN

15-lik dikt: 28 AZN → 19 AZN

17-lik dikt: 34 AZN → 21 AZN

Azalmanın səbəbi bazarda təklifin artması və bəzi məhsulların daxili istehsalla əvəzlənməsi göstərilir.

Qiymət artımının əsas səbəbləri kimi logistika və daşınma xərclərini göstərmək olar.

Belə ki, 2025-ci ilin ilk üç ayında daşınma xərclərinin 15-20% artdığı bildirilir. Bu, xüsusilə bölgələrə məhsul çatdırılmasında qiymətlərə təsir edir.

Bundan başqa yaz-yay aylarında tikinti mövsümünün canlanması qiymət artımına səbəb olur. İdxal asılılığı da qiymətə təsir edən ən böyük amillərdəndir

Tarix
2025.06.08 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla