Yuxarı

Dünya Bankından Azərbaycanla bağlı proqnoz...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bankından Azərbaycanla bağlı proqnoz...

Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6%, 2026-cı ildə isə 2,4% səviyyəsində artım proqnozunu saxlayıb.

Axar.az Dünya Bankına istinadən xəbər verir ki, bank yeni hesabata 2027-ci il üçün ÜDM-in artım proqnozunu daxil edib. Bankın qiymətləndirmələrinə görə, 2027-ci ildə ölkə iqtisadiyyatı 2,3% artacaq.

Beləliklə, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2025-2027-ci illərdə orta illik artımını 2,43% səviyyəsində qiymətləndirir.

Cənubi Qafqazda iqtisadi artım tempinin 2025-ci ildə 3,6%-ə, 2026-2027-ci illərdə isə 3,4%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.

"Gözləntilərə görə, neftin ucuzlaşması və qlobal tələbin zəifləməsi fonunda neft hasilatının azalması Azərbaycanda artıma təsir edəcək. Ermənistan və Gürcüstanda artımın zəifləyəcəyi proqnozlaşdırılır ki, bu da daxili tələbatın azalmasını və təkrar ixracın yavaşlamasını əks etdirir", - hesabatda qeyd olunub.

Dünya Bankının analitiklərinin fikrincə, xammal qiymətlərinin və qlobal tələbatın azalması bütün Avropa və Mərkəzi Asiya regionu üçün qarışıq nəticələrə səbəb olacaq: Azərbaycan, Qazaxıstan və Rusiya kimi enerji ixracatçılarına və Çinin artım tempinin yavaşlamasına xüsusilə həssas olan Tacikistan kimi metal ixracatçılarına mənfi təsir göstərəcək, eyni zamanda, Türkiyə kimi enerji idxalçılarına fayda verəcək.

Bank Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi fəallığın zəifləyəcəyini gözləyir: 2024-cü ildə 3,6% artımdan sonra 2025-ci ildə 2,4%-ə qədər yavaşlama, 2026-cı ildə 2,5%-ə qədər, 2027-ci ildə isə 2,7% sürətlənmə proqnozlaşdırılır.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM artımı 3,7%, 2026-cı ildə 3,2%, 2027-ci ildə 3,6% səviyyəsində gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2%, “Fitch Ratings” 2025-ci ildə 3%, 2026-cı ildə 2,4%, “Moody's isə 2,5% səviyyəsində artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5% və 2,5%, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3%, 2026-cı ildə 2,5%, Asiya İnkişaf Bankı növbəti iki il ərzində 3,4% və 3,3%, “ING Group” (Niderland) isə 2,5% səviyyəsində artım proqnozlaşdırır.

Tarix
2025.06.10 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla