Yuxarı

Azərbaycandan İsrailə pul köçürmələrində artım

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan İsrailə pul köçürmələrində artım

Bu ilin birinci rübündə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,098 milyon ABŞ dolları təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 302 min ABŞ dolları və ya 1,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsrailin payı 1% təşkil edib.

Həmçinin cari ilin ilk rübündə İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,356 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 1,139 milyon ABŞ dolları və ya 32,6% azalma deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsrailin payı 1% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 796 min ABŞ dolları, əks istiqamətdə isə 3,495 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Tarix
2025.06.25 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla