Yuxarı

Neftlə bağlı mühüm gəlişmə: Qiymət belə olacaq!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftlə bağlı mühüm gəlişmə: Qiymət belə olacaq!

İlin ikinci yarısında qlobal enerji bazarında yenidən canlanma gözlənilir. Bildirilir ki, OPEK-ə daxil olmayan ölkələrdən gündəlik 1,2 milyon barrel neft tədarükü artacaq, həmçinin tələbat 1 faiz yüksələcək. Bununla bağlı BP-nin rəhbəri Mürrey Aukinkloss danışıb. O bildirib ki, yaxın iki il üçün neftə tələbatın azalması gözlənilmir.

Neftə tələbat və təklifin artması fonunda qiymətlərdə sabitlik gözlənilirmi? Bu proses yeni qiymət dalğalanmalarına yol aça bilər?

Axar.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Globalinfo.az-a açıqlamasında hazırda dünyanın güc mərkəzlərinin neftin qiymətinin ucuzlaşmasında maraqlı olduğunu bildirib.

“Məsələn, ABŞ bu siyahıda ön sıralardadır. Amma mövcud geosiyasi proseslər və iqtisadi vəziyyət neftin qiymətinin bahalaşmasını stimullaşdırır. Hesab edirəm ki, hazırda bu iki tendensiya arasında mübarizə gedir. Qısa müddətdə Yaxın və Orta Şərqdə vəziyyət sabitləşərsə, İran-İsrail və İran-ABŞ münasibətləri normallaşarsa, Vaşinqtonun istəkləri ilə dünyada neftin qiymətinin ucuzlaşması prosesi başlaya bilər”, - o deyib.

İqtisadçı vurğulayıb ki, hazırda neftin qiymətinin yüksək səviyyədə sabitləşdiyi görünür:

“Dünya gücləri, o cümlədən ABŞ və Avropa, bu qiymətləri qəbul edirlər. Onların əsas məqsədi dünya bazarında neftin qiymətini ucuzlaşdırmaqla Rusiyanın gəlirlərini azaltmaqdır. Bu, eyni zamanda Trampın daxili və xarici iqtisadi siyasətinə də uyğundur. Çünki o, idxala yüksək tariflər tətbiq edir, bu isə qiymətləri artırır. İndi iqtisadi amillərdən çox, siyasi amillər neft bazarına təsir edir”.

Tarix
2025.07.10 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla