Yuxarı

Azərbaycanın gələcəyi üçün 5 böyük layihə...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın gələcəyi üçün 5 böyük layihə...

Azərbaycanın gələcəyi üçün 5 böyük layihənin həyata keçirilməsi çox vacibdir və bu addımlar indiki hökumətdən sonra da mütləq atılmalıdır, çünki dövlət adlanan institutun 10-15-20, hətta 50 illik vizionu, planları olmalıdır.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

O, Azərbaycanın uzunmüddətli iqtisadi və geosiyasi maraqlarına xidmət edən beş mühüm layihəni sadalayıb:

“1. Zəngəzur dəhlizinin açılması və ümumilikdə Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətlərinin işlək vəziyyətə gətirilməsi;

2. Türkmənistandan Azərbaycana qaz boru kəmərinin çəkilməsi;

3. Qazaxıstandan Xəzər dənizinin dibi ilə neft boru kəmərinin inşası;

4. Azərbaycanın enerji habı və logistika mərkəzi olması ilə yanaşı, ölkənin neft emalı mərkəzinə çevrilməsi üçün böyük zavodların inşası və yenidən qurulması – Azərbaycan xam neft satan ölkədən öz neftinin və Qazaxıstan neftinin emalı mərkəzinə çevrilməlidir. Bir barrel neftin emalından əldə olunan gəlir bir barrel xam neftin satışından gələn gəlirdən 7-8 dəfə çoxdur;

5. Azərbaycanın regional “bazara” çevrilməsi baş verməlidir, bunun üçün “aşırı tənzimləmə” qaydaları, dövlət nəzarətedici qurumların bir çoxu ləğv edilməli, yeni vergi-gömrük qanunvericiliyi işlənib hazırlanmalıdır”.

Ekspertin fikrincə, bu addımlar Azərbaycanın iqtisadi müstəqilliyini və beynəlxalq mövqeyini möhkəmləndirəcək.

Tarix
2025.07.17 / 12:07
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla