Yuxarı

TuranBank beynəlxalq maliyyə qurumu ilə kredit sazişi imzaladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
TuranBank beynəlxalq maliyyə qurumu ilə kredit sazişi imzaladı

Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan, beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlıqlarını davam etdirən TuranBank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance” tərəfindən idarə olunan nüfuzlu “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu ilə yeni kredit sazişi imzalayıb.

Sazişə əsasən, “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu tərəfindən TuranBank-a 3 illik müddətə 5 milyon ABŞ dolları məbləğində yerli valyutada sintetik kredit ayrılıb. Cəlb edilən vəsait Bankın rəqabət qabiliyyətinin və maliyyə inklüzivliyinin artırılması istiqamətində olan strateji hədəflərinə uyğun olaraq ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək və sahibkarlıq mühitinin inkişafına töhfə verəcək.

Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

TuranBank

Bizimlə etibarlıdır...

Tarix
2025.07.25 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla