Yuxarı

Müəllim həyat yoldaşı tərəfindən niyə yandırıldı? - Təfərrüat

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllim həyat yoldaşı tərəfindən niyə yandırıldı? - Təfərrüat

Ağdam rayonunda orta məktəb müəlliminin həyat yoldaşı tərəfindən yandırılması ilə bağlı təfərrüatlar məlum olub.

Ağdam rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, rayonun Mahrızlı kənd sakini, 1960-cı il təvəllüdlü Vəliyeva Kima Zaman qızı yanıq xəsarətləri ilə Ağdam rayon Xəstəxanasına daxil olub. Qadın həyat yoldaşı Vəliyev İsmayıl Bəndəli oğlu tərəfindən benzinlə yandırıldığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə ərlə arvad arasındakı ailə münaqişəsi nəticəsində baş verib. Zərərçəkmiş K.Vəliyeva ilə həyat yoldaşı İ.Vəliyev arasında uzun müddətdir mübahisə yaşanır.

K.Vəliyeva həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəyib. Noyabrın 10-da tərəflər arasında yenidən mübahisə olub və K.Vəliyeva ərini evdən qovub. Həyat yoldaşının bu hərəkətinə əsəbiləşən İ.Vəliyev K.Vəliyevanın dərs vəsaitlərini yandırmaq istəyib. İ.Vəliyev kitabların üzərinə benzin töküb öd vurarkən K.Vəliyeva ona mane olmaq istəyib. Hadisə nəticəsində K.Vəliyevanın əlləri və ayaqları yanıb. Faktla bağlı araşdırmalar aparılır.

Ağdam rayon Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev Trend-ə açıqlamasında bildirib ki, K.Vəliyeva aşağı ətrafın bud və baldır hissəsinin səthi yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta ağırdır.

Tarix
2016.11.10 / 19:55
Müəllif
Axar.Az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla