Yuxarı

Gəncədə qadını yandıran şəxslər həbs olundu

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə qadını yandıran şəxslər həbs olundu

Gəncədə amansızlıqla qətl hadisəsi törədən şəxslər tutulublar.

Axar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 6-da Pərvanə İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib, evini yandırmış Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşviq Cəlilov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il sentyabrın 30-da Dilarə Qasımovanın evindən quldurluq yolu ilə qızıl əşyalar aparmaları da müəyyən edilib.

Qeyd edək ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kv.m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyidi tapılıb.

Tarix
2016.11.13 / 20:18
Müəllif
Axar.Az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla