Yuxarı

“Rusiyada qazandıqlarımı öz ölkəmdə itirdim...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saday Şəkərlinin reallaşan arzusu olmayıb

- Saday bəy, indiyədək hansı arzularınız gerçəkləşməmiş qalıb?

- Mənim onsuz da reallaşan arzum olmayıb. Sadəcə olaraq, yaxşı təhsil almışam, kitablarım nəşr olunub, şükürlər olsun, babayam…

- İlk kitabınızdan nələri xatırlayırsınız?

- İlk kitabım Rusiyada çıxıb, "Məhəbbət ağacı", daha sonra "Torpağa oğul sözü". "Torpağa oğul sözü" kitabını çox sevirəm.

- Bəs, torpağa oğul sözünü deyə bildinizmi?

- Danışmağa, üz tutmağa, dərdləşməyə bir göyümüz, bir də yerimiz var. Mən torpağa sözümü hələ deyirəm… Torpağa dediklərimiz tükənəndə biz artıq bu dünyada olmayacağıq.

- Rusiyada sizin kitablarınız nəşr olunurdu, demək olar ki, hər şey yaxşı gedirdi. Hansı arzularınız gerçəkləşmədi ki, onu Azərbaycanda görmək üçün oranı tərk etdiniz?

- Ölkəmə qayıtmağıma səbəb atamın yetim qoyub getdiyi ailəmə sahib çıxmağım idi. Orda hər şey qaydasında gedirdi. Bütün xərclərimi Yazıçılar İttifaqı ödəyirdi.

- Onda belə deyək: atanızın ölümü sizi Rusiyada hansı arzularınızı yarımçıq qoymağa məcbur etdi?

- Mən orda qazandıqlarımı öz ölkəmdə itirdim. İlk olaraq orda mənə verilən mənzildən imtina etdim, kitablarımın nəşri dalbadal planlaşdırılmışdı - onlar yarımçıq qaldı. Daha sonra Saratovda, Moskvada, ilk kitabımdan sonra sosialist ölkələrində tərcümə olundum, xaricdən diqqət daha çox idi. Hər şeyi özümlə gətirdiyim Azərbaycan quyusunda boğdum.

- Ölkəyə qayıtdıqdan sonra nə ilə məşğul oldunuz?

- İlk olaraq, burda yalnız bir insan kimi atamın əmanətlərini - bacılarımı köçürtdüm, qardaşlarıma toy etdim. Özüm ailə qurdum. Bir tikə çörək əsiri olaraq uzun müddət şeirdən uzaqlaşdım, Azərbaycanda bir şair kimi heç bir dəyər görmədim.

- Hansı dəyərlərdən məhrum olundunuz?

- Anar müəllim 10 il məni Yazıçılar Birliyinə üzv olmağa qoymadı. O, mənim həyatımın üstündən xətt çəkən ilk azərbaycanlıdır.

- Yeganə gerçəkləşməyən arzunuz Yazıçılar Birliyinə üzv olmaq idi?

- Xeyr, təbii ki… Bilirsiz, AYB şair düzəltmir, sadəcə, həmin dövr üçün vacib amillərdən biriydi, iki şeiri çıxan mənzil alıb işlərini rahat görürdü, lakin mənim kimilər həm kirayə haqqı barədə düşünmək, həm axşam balalarını sevindirmək, həm də şeir yazmaq məcburiyyətindəydi…

- İkinci dəfə ölkəni tərk etməyinizin səbəbi bu idi?

- İki dəfə köçüb getmişəm ölkədən. Deyəsən, üçüncü və sonuncu dəfə ayrılacağam bu allahsız məmləkətdən...

- Yenə nə isə arzulayırsınızmı?

- Arzular bitmir, saysız-hesabsızdır. Heyf ki, görmək nəsib olmadı.

Tarix
2013.11.05 / 08:45
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla