Yuxarı

Azərbaycan kitabları Türkiyədə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan kitabları Türkiyədə

İstanbulda keçirilən 36-cı beynəlxalq kitab sərgisinə azərbaycanlı yazıçılar da qatılıb. Noyabrın 9-da bitən kitab sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində "Hədəf Kursları"nın baş direktoru, filologiya üzrə fəlsəfə doktoru, yazar Şəmil Sadiq və "Hədəf Kursları" Nizami filialının direktoru Emin Sadıqov iştirak edib.

Sərgidə "NTV yayınları", "Doğan, Ötüken, "YKY", "Alfa", "Mandalin", "Kapı", "Can", "Timaş", "Bilfem", "Final", "Körfez" və digər daha onlarla nəşriyyatın stendləri çıxış edib.

12 salondan ibarət olan sərgidə kitablarla yanaşı qəzetlər üçün də xüsusi yer ayrılıb. Sərginin fəxri qonağı Çin Xalq Respublikası olduğu üçün, Çin nümayəndəliyinə xüsusi bir salonun ayrıldığı bildirilir. Bizim ölkədən olan nümayəndə heyətinin tərkibində isə Aqil Abbas, Anar, Rəfael Hüseynov, Qənirə Paşayeva, mədəniyyət nazirinin müavini Vaqif Əliyev və İstanbuldakı konsulumuz iştirakçı olub.

Hədəf Kurslarının baş direktorunun "Axar.az"a dediyinə görə, Azərbaycan stendinin önündə Qənirə Paşayeva, Aqil Abbas və Şəmil Sadiqin imza mərasimləri olub. Ən böyük izdiham isə Ahmet Umudun imza zalında yaşanıb. Burada 500-dən çox insan yazarın imzası üçün növbəyə düzülüb.

Qeyd edək ki, sərgi noyabrın 2-dən 9-na kimi Türkiyədə fəaliyyət göstərən TÜYAP Sərgi Mərkəzində baş tutub.

Tarix
2013.11.05 / 15:06
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla