Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


Ceyhun Osmanlı Londonda "Qafqaz"ı göstərdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londondakı Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycanın "Osmanlı Film" və Türkiyə film şirkəti olan "GülerYüz Film"lə birgə "Qafqaz" bədii filminin premyerası olub.

"Qafqaz" bədii filmi Xəzər Strateji İnstitutu (HASEN), Azərbaycanın Gənclər və İdman Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Milli Məclisin deputatı Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir.

Gecədə Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş ekran əsərinin istehsalçılarına və ərsəyə gətirilməsində dəstəyi olanlara minnətdarlığını ifadə edib. Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz filmin Azərbaycan və Türkiyə qardaşlığının bir nümunəsi olduğunu bildirib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov filmdə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasının əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlarda Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsini xüsusi qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Osmanlı filmin çəkilişi haqqında məlumat verib. Ulu öndərlər Heydər Əliyevin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamlarının qardaş ölkələrimiz arasında, həmçinin filmin çəkilişində də hər zaman əsas prinsip olduğu qeyd edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin deputatı Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb. Ceyhun Osmanlı qeyd edib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.

Filmin rejissoru və baş rolun ifaçısı Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazaz hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən filmdə rol almaqdan məmnunluqlarını ifadə ediblər.

Çıxışlarından sonra Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən filmin baş rol ifaçılarına Qarabağ xalçaları hədiyyə edilib və bildirilib ki, "Qafqaz" filmi mart-aprel aylarında Avropanın digər nüfuzlu şəhərlərində də nümayiş olunacaq.

Bildirək ki, gerçək hekayəyə əsaslanan film 1992-ci illərin hadisələrini canlandıran romantik sevgi filmidir. Filmdəki hadisələr 1-ci Qarabağ müharibəsindən bu günümüzə qədər olan dövrdə cərəyan edir. Filmin "Xəzər" adlı əsas baş qəhrəmanı Qarabağ döyüşlərində ağır yaralandıqdan sonra həyatını Türkiyədə davam etdirir. Filmdə müharibə bütün amansızlığı ilə əks olunmaqla onun törətdiyi ağır fəsadlar, vurduğu mənəvi, psixoloji və sosial zərbələr qabarıq şəkildə üzə çıxarılır. Qeyd edək ki, film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tarix
2014.03.14 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycan xanının xəlifəyə qandonduran məktubu - Video

85 milyon illik dinozavr tapıldı - Foto

Eynşteynin irqçi fikirləri dərc olundu: Çinlilər pinti və...

Novruz Məmmədov Parisdə sərgidə çıxış etdi - Foto

"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - Video

Bəzi verilişlər uşaqların əxlaqını pozur – Millət vəkili

AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – Foto

Zina edən qızın atasından son xahişi...

Güneylilərin qadağan verilişinin yeni buraxılışı - Video

Professordan gözlənilməz “əzadarlıq” şərhi: Dinə baxış...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla