Adətən istedadlı insanların hərəkətləri, sözləri və
həyatı hər zaman diqqət mərkəzində olur.
Onların nə etdiyi, necə yaşadığı, hətta adi gündəlik həyatda
nələr etdiyini bilmək insanlar üçün maraqlı olur.
Tanınmış yazarların həyatı, vərdişləri, yazı prosesində nələr
etdikləri də oxucu üçün maraqlı olub. Dünyaca məşhur yazarların
vədşilərinə baxanda bu istedad sahiblərinin qəribəliklərinin şahidi
olursan.
Yata bilməyənlər
Məsələn,
İngilis yazar Çarliz Dikkensin yuxu problemi olub. O, gecələr yata
bilmək üçün yatağını şimala doğru istiqamətləndirirmiş. Yatağının
tam ortasında yatmadıqda gözlərinə yuxu getməyib. Buna görə də
yazar yatmazdan əvvəl bütün bu qaydalara riayət edib. Yatmazdan
əvvəl qollarını iki yana açan yazar yuxuya getmək üçün saatlarla
gözləyirmiş.
Eyni zamanda Dikkensin mavi rəngə sevgisi olub. Belə ki, yazar
ancaq mavi rəngli kağıza eyni rəngli qələmlə yazırmış.
Əsərlərini hələ uşaqlıqdan sevə-sevə oxuduğumuz Aleksandr Düma
20 il içərisində 300-ə yaxın əsər çap etdirərək hər kəsi heyrətə
salıb. Hətta onun köməçki yazar işçilərinin olduğu haqqında
iddialar da dolaşır.
Qeyd edək ki, o da yuxu problemindən əziyyət çəkib. Sırf buna
görə həkimin məsləhəti ilə səhər tezdən oyanıb, yazıları ilə məşğul
olurmuş. Yazar xüsusi yeməklərlə qidalanıb. Sonda yazarın öz icad
etdiyi yeməkdən zəhərlənərək öldüyü iddia edilir.
Və yataqda yazanlar
Mark Tven
yazılarını yataqda yazıb. Hətta yazarın məşhur bir kəlməsi də var:
"Mənə gözəl bir yataq verin, mən də sizə ölməz əsərlər".
Valter Skotsa çox erkən oyanır və səhər yeməyini yemədən öncə
yazmağa başlayarmış.
Ceyms Coys isə sanki uşaq olub. Mənbələrdə bildirilir ki, o,
yazılarını üzüaşağı uzanaraq qara mürəkkəbli qələmlə yazıb.
Həmçinin yazar səhvlərini qırmızı rəngli mürəkkəblə düzəldib.
Başına şal bağlayan yazar
Balzakın
qeyri-adi adəti olub. O, yazarkən başı üstündə mütləq şam
yanmalıymış. Eyni zamanda yazar başına şal bağlayıb ayaqlarını da
soyuq suya qoyurmuş. Balzak həm də qəhvə sevdalısıymış. Hətta onun
gündə 40 fincan qəhvə içdiyi iddia edilir. Qeyd edək ki, yazar məhz
qəhvə zəhərlənməsi səbəbiylə həyatını itirib.
Henry Ceyms yazılarını, iş otağının dörd bir tərəfinə yüksək
ştativlər yerləşdirərək ayaq üstə yazıb. Düşünə-düşünə otağını
hissələrə ayırar və ən yaxın ştativə düşüncələrini qeyd edərək
çalışıb. Sonradan bu yazıları birləşdirərək əsərlərini bitkin şəklə
salırmış.
Bəs bizim yazarlar?
Zümrüd
Yağmursa yazı yazanda cibli paltarlar geyinir. Çünki düşünəndə
əllərini çibinə qoyub var-gəl etməyi sevir. Bundan başqa yazar
soyuq çayı udum-udum içir. Yazarın yazı prosesində maraqlı olan
cəhətlərindən biri də odur ki, yazar tək və qaranlıq otaqda başını
pəncərənin şüşəsinə söykəyib çölə baxmağı sevir.
Balzak kimi bizim də bir çox yazarımız kofe düşkünüdür. Məsələn,
Cəlil
Cavanşir və Səhər Əhməd də kofe içməyi sevir.

Səhər Əhməd kofe ilə birgə günəbaxan toxumundan da istifadə
edir.
Elnaz
Eyvazlıya gəlincə o, bolluca isti çay içir. Qəribədir ki, adi
günlərdə şokoladı sevməyən şairə ancaq yazı yazanda şokolad
yeyir.