Yuxarı

Böyük aktyorun qızı: "Elə bil dünən olub" - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən heç inanmıram ki, atamın artıq yüz ili tamam olur. Hər şey elə bil dünən olub", - deyə Xurşid Abdullayeva atası, görkəmli aktyor Lütfəli Abdulayev haqda xatirələrini paylaşır. O, atası ilə bağlı bir çox anları - onun səsini, yerişini, sözlərini xatırladığını deyir.

Xurşid xanım atasının onların təhsilinə xeyli diqqət ayırdığını önə çəkir. "Siz yaxşı oxumalısınız, ona görə ki, Lütfəli Abdullayevin qızları, Əhməd bəy Pepinovun nəvələri, Həsən bəy Ağayevin nəticələrisiz", - deyə o, övladlarına xatırladardı.

Xurşid xanımın sözlərinə görə, atası onların rus dilinə yiyələnməklərini istəyirdi. "O, özü rus dilini yaxşı bilmədiyinə görə bu dili öyrənməyin vacibliyini, təhsilin vacibliyini vurğulayardı", - deyə Xurşid xanım bildirir.

Xuşid xanım Lütfəli Abdullayevin 100 ilik yubileyinin keçirilməsi üçün Prezident sərəncamı olduğunu və Mədəniyyət Nazirliyinin bir sıra tədbirlər planlaşdırdığını bildirib. "Sentyabrda atamın doğulduğu şəhərdə, Şəkidə abidəsi açılacaq", - deyə o, Amerikanın Səsinə xəbər verib.

O, atasının "Arşın Mal Alan", "Əhməd Haradadır?", "Ulduz" kimi filmlərdə canlandırdığı obrazlarla daim Azərbaycan xalqının ürəyində qalacağına əmin olduğunu deyir.

Tarix
2014.03.28 / 11:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rumen Radev İlham Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla