Yuxarı

İstanbulda Sabir Rüstəmxanlının kitabı paylandı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Beykent Universitetində 31 mart soyqırımı günü anılıb.

"Axar.az" "Aktual.az"a istinadən xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Türkiyə təmsilçisinin təşkilatçılığı, Beykent Universiteti Uluslararası İlişkilər Klubunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan millət vəkili Sabir Rüstəmxanlı, İstanbuldakı konsulumuz Kənan Murtuzov, Beykent Universitetindən dr. Muzaffer Ürekli və DAK Gənclər Təşkilatı Türkiyə təmsilçisi Ərtoğrul Cahandar çıxış ediblər.

Ərtoğrul Cahandar bildirib ki, 31 mart 1918-ci ildə ermənilər başda Bakı olmaqla Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran rayonlarında böyük soyqırımı həyata keçiriblər: "Sadəcə Bakıda 12000 türk öldürülüb. Azərbaycanda martdan başlayan soyqırımı sentyabr ayına qədər davam edib və Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Bu qətliamlarda bütünlükdə 50 min Azərbaycan türkü öldürülüb. Bu gün 31 Mart 1998-ci ildən etibarən Dünya Azərbaycanlılarının soyqırımı günü kimi anılır".

Ərtoğrul Cahandar çıxışında gəncləri tariximizi unutmamağa çağırıb: "Bizlər nə qədər tariximizə, keçmişimizə dəyər versək, hər kəs də bizə dəyər verəcək.

200-ə qədər iştirakşının olduğu (ictimai xadimlər, professorlar, tələbələr və İstanbulda yaşayan azəybaycanlılar) tədbirdə millət vəkili Sabir Rüstəmxanlı tələbələrə imzalı "Difai fədailəri" kitabını hədiyyə edib.

Tarix
2014.03.29 / 11:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla