Yuxarı

“Kann”da nümayiş olunacaq Azərbaycan filmi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar İmanovun ("Tabutçunun yelləncəyi" – tələbə Oskarı, 2012) və Engin Kundağın ("Ararat" – Berlinale, 2012) birgə işi olan "Torn" filmi Kann festivalının "Rejissor həftəliyi" proqramına salınıb.

"Axar.az" xəbər verir ki, keçən həftə 14 may tarixində açılışı olacaq növbəti Kann kinofestivalının proqramı məlum oldu. Festival çərçivəsində nümayiş olunacaq filmlər arasında Azərbaycan istehsalı olan "Torn" (Ayrı) filmi də var.

"Torn" film iki dünya haqqında qısametrajlı filmdir. Filmdə bugünkü Bakının fonunda iki insanın – ata və oğulun həyatından bir epizod təqdim olunur. Oğlan uşağı həyətə yaşıdları ilə futbol oynamağa düşür, kişi isə evin damına gənc qadınla görüşməyə çıxır. Onlar əlaqələrinin düyününü necə çözəcəklər? Birlikdə, amma ayrı yaşayan adamlar necədirlər? Rejissor "Ayrı" filmi ilə bu suallara cavab tapmağa çalışıb.

"Torn" filmi Azərbaycan şirkəti "Fil Production" və alman şirkəti "Color of May"ın birgə əməkdaşlığı ilə istehsal olunub.

Filmdə Mirmövsüm Mirzəzadə, Zülfiyyə Qurbanova və Rasim Cəfər çəkilib. Filmin sponsoru Azərbaycan Vergilər Nazirliyidir.

Qeyd edək ki, "Rejissor həftəliyi" (Quinzaine des Réalisateurs) 1969-cu ildə fransız rejissorları tərəfindən təsis edilib və Kann festivalının əsas seksiyalarından biridir.

Xatırladaq ki, Kann kinofestivalında Azərbaycan ilk dəfə "Sonuncu" adlı qısametrajlı filmlə təmsil olunub.

Tarix
2014.04.25 / 16:21
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla