Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Azərbaycanda ən yüksək təqaüdü kimlər alır? - Siyahı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 58 min 165 nəfərə ölkə prezidentinin təqaüdü təyin edilib.

Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 131 manat 68 qəpik olub.

Bu cür təqaüd alanlar arasında ümumi səbəblərdən I qrup əlilliyi olanlar üstünlük təşkil edir. 21 min 69 nəfər I qrup əlilliyi görə təqaüd alır.

I qrup əlilliyi görə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 66 manat təşkil edir. İkinci sırada müharibə əlilləri dayanır. Bu kateqoriyada təqaüd alanların sayı 20 min 304 nəfər olub. Müharibə əlillərinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 139 manat 85 qəpik olub. Üçüncü sırada isə 12 min 861 nəfərlə şəhid ailələri yer alır. Şəhid ailələrinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 187 manat 21 qəpik olub. Ən yüksək təqaüd məbləği isə Prezidentin fərdi təqaüd təyin etdiyi şəxslər alır.

Hazırda Azərbaycanda 398 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb və bir nəfərə düşən orta məbləğ 1300 manata bərabər olub. Bundan başqa Milli Qəhrəman adı verilən şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına verilən təqaüdün də məbləği yüksək olub - 1285 manat.

Bunlardan başqa, 222 nəfər “Xalq” fəxri adına, 2 min 344 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır. “Xalq artisti” fəxri adına görə verilən təqaüdün orta məbləği 100 manat, “Əməkdar artist” fəxri adına görə verilən təqaüdün orta məbləği isə 60 manatdır.

Tarix
2017.05.18 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Quranın qanunları ilə yaşayan ölkə - Şok nəticə

Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır

Azərbaycan xanının xəlifəyə qandonduran məktubu - Video

85 milyon illik dinozavr tapıldı - Foto

Eynşteynin irqçi fikirləri dərc olundu: Çinlilər pinti və...

Novruz Məmmədov Parisdə sərgidə çıxış etdi - Foto

"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - Video

Bəzi verilişlər uşaqların əxlaqını pozur – Millət vəkili

AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – Foto

Zina edən qızın atasından son xahişi...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla