Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Mətbuat Şurası jurnalist Qulu Kəngərlini təltif etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlini 60 illik yubileyinə və jurnalistika sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə təltif edib.

Musavat.com xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Ə.Amaşov uzun illərdən bəri tanıdığı yubilyar jurnalisti peşəsinə sadiq həmkar, ziyalı mövqeyi olan sənət adamı kimi dəyərləndirib. O, Şuranın xüsusi diplomunu Q.Kəngərliyə təqdim edib. Q.Kəngərli yüksək etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Q.Kəngərli 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Radiosunda başlayıb. 15 il ərzində burada kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb.

Yubilyar jurnalist 1990-cı ilin 20 Yanvar faciəsindən sonra «Şəhidlər», «Şəhidlər-2» bukletlərini hazırlayıb. Onun müəllifi olduğu «Qara Yanvar» kitabı Azərbaycan və rus dillərində işıq üzü görüb. Jurnalistin «Erməni lobbisi: Azərbaycan faciəsi» və «Qanlı şənbəyə gedən yol» kitabları 50 min tirajla nəşr olunub. 1991-ci ildə Q.Kəngərlinin ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən «Bakıda insan ovu» sənədli filmi çəkilib. Q.Kəngərli həmçinin azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar tədqiqatlar aparıb. Ssenarisi əsasında «Sürgün» adlı sənədli film çəkilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib. Yubilyar qələm sahibi həmçinin Özbəkistanın jurnalistika sahəsindəki «Altın Qalam» mükafatının laureatıdır.

Tarix
2017.07.18 / 00:05
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü

Metrodakı şortik olayı: İlahiyyatçı və yazar baxışı

Məşhur müğənninin toyudur - Foto

Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır

Azərbaycan xanının xəlifəyə qandonduran məktubu - Video

85 milyon illik dinozavr tapıldı - Foto

Eynşteynin irqçi fikirləri dərc olundu: Çinlilər pinti və...

Novruz Məmmədov Parisdə sərgidə çıxış etdi - Foto

"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - Video

Bəzi verilişlər uşaqların əxlaqını pozur – Millət vəkili

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla