Yuxarı

“Ən yaxşı sosial çarx” - Qaliblər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsi keçirib.

Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirmək olub. Müsabiqədə 14-29 yaş arasında olan gənclər və gənclərin təşəbbüs qrupları iştirak edib. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanmış qısametrajlı sosial çarxlar bu istiqamətləri əhatə edib:

- Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti;

- Vətənpərvərlik;

- Ekologiya və ətraf mühitin qorunması;

- Gənclik və təhsilin təbliği;

- Milli adət və ənənələrimiz;

- Müasir ailə dəyərləri.

Müsabiqəyə ağ-qara və yaxud rəngli, 3 dəqiqəyə qədər çəkilmiş çarxlar təqdim olunmuşdu. Müsabiqə ərzində 55 ədəd, qeyd olunmuş istiqamətlərə uyğun sosial çarx təqdim olunmuş, sosial çarxlar münsiflər heyəti tərəfindən izlənilib qiymətləndirilmişdi. Qalib çarxların təqdimatı və qaliblərin mükafatlandırılması mərasimi dünən saat 19:00-da, "28 Mall" Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində yerləşən "28 Cinema"da keçirilib.

Birinci yerin qalibi İlkin İmanovun çəkdiyi sosial çarx olub. Bakı Film İnstitutunun təşəbbüsüylə çəkilən "Uzaqda olmayanlar" adlı çarx isə "Ən yaxşı sosial çarx" müsabiqəsində 3-cü yerin qalibi olub.

Müsabiqə üzrə 1-ci yer 2000 manat, 2-ci yer 1500 manat, 3-cü yer sahiblərinə isə 1000 manat məbləğində pul mükafatı verilib.

Tarix
2013.11.20 / 17:02
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla