Yuxarı

Anar namizədliyini elan etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar namizədliyini elan etdi

Yazıçı Anar Azərbaycan Yazıçılar Birliyinin sədri postunda qalmaq niyyətini açıqlayıb.

Anar bunu "525-ci qəzet"in 13 iyun sayında dərc etdirdiyi yazısında elan edib.

"XII qurultayımız" adlı yazısında Anar bildirib: "Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün qərarımı qurultay ərəfəsində verəcəm, deyirdim. İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram".

İyunun 17-si Bakıda, Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçiriləcək. Qurultayda sədr seçkisi də olacaq. Yazıçı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar İttifaqının sədridir.

"Media forum" saytı bildirir ki, Azərbaycan Yazıçılar İttifaqı 80 il əvvəl – 1934-cü il iyunun 13-də Bakıda yaradılıb. Quruma müxtəlif illərdə Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı rəhbərlik edib.

Mediaforum.az

Tarix
2014.06.13 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla