Yuxarı

Dərslikdə Azərbaycan haqda gülünc xəta - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmu gölündə suyun səviyyəsinin düşdüyü bir vaxtda İran Təhsil Nazirliyi orta məktəb dərsliklərində göldə vəziyyətin yaxşılaşdığını yazıb.

Kult.az İranın “Tabnak” saytına istinadən xəbər verir ki, “İnsan və ətraf mühit” kitabının ikinci səhifəsində göldə suyun səviyyəsinin son 6 ayla müqayisədə 55 santimetr qalxdığı qeyd edilib.

İranın bəzi media orqanları nazirliyin bu yalanının gülünc olduğunu yazıblar.

Gölün səviyyəsinin getdikcə düşdüyünü azərbaycanlı millət vəkilləri, hətta bir sıra hökumət nümayəndələri və Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri də etiraf edirlər. Təhsil Nazirliyinin belə bir təhrifə yola verməsi rejimi əhalinin qəzəbindən qorumaq və kütləvi etirazları önləmək məqsədi güdür.

Qeyd edək ki, bir müddət əvvəl İran Azərbaycanında ictimai fəallar və sosial media istifadəçiləri Urmu gölünün şəklinin dərsliklərdəki xəritələrdən çıxarılmasına etiraz etmişdilər.

Tarix
2017.10.02 / 16:08
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla