Yuxarı

"Rafiq Tağı Mükafatı" təqdim olunacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Rafiq Tağı Mükafatı" təqdim olunacaq

"Axar.az" xəbər verir ki, 23 noyabr 2013-cü il tarixində yazıçı – publisist Rafiq Tağının vəfat etməsinin ikinci ili tamam olacaq.

Rafiq Tağı 2011-ci ilin 19 noyabr tarixində sui-qəsdə məruz qalıb və 23 noyabr tarixində vəfat edib. Dalğa Gənclər Hərəkatı 2012-ci ildə yazıçının xatirəsini əbədiləşdirmək məqsədi ilə "Rafiq Tağı Mükafatı" təsis edib. Ötən il bu mükafata Azərbaycan cəmiyyətinin aydınlaşması istiqamətində göstərdikləri xidmətə görə Ağalar Məmmədov, Elnur Astanbəyli və Seymur Baycan layiq görülüb.

Dalğa Gənclər Hərəkatı ənənəyə sadiq qalaraq bu il də daha 4 nəfəri "Rafiq Tağı Mükafatı" ilə təltif edəcək. Mükafatın sahiblərinin adı 23 noyabr 2013-cü il tarixində saat 15:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında açıqlanacaq.

Qeyd edək ki, 23 noyabr 2013-cü il tarixində saat 12:00-da Rafiq Tağının məzarı ziyarət olunacaq. Mükafatın təqdimetmə mərasimi açıq keçiriləcək.

Tarix
2013.11.22 / 16:18
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla