Yuxarı

Moskvada şok məhkəmə: Allah bu cür güllələndi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lenin hakimiyyətinin Maarif xalq komissarı Anatoli Lunaçarski özünü kilsənin təqibinə həsr edib.

Kult.az xəbər verir ki, bu barədə ABC-nin (İspaniya) jurnalisti İsrail Vyana yazıb.

Nəşrin iddiasına görə, ən qeyri-adi və vəhşi hücumun artıq 100 yaşı tamam olur:

“1918-ci ildə Moskvada xalq məhkəməsi təşkil edilib və bolşevik hakimiyyəti elan edib ki, onlar Allahı “insanlığa qarşı cinayətə və soyqırıma görə” ittiham etmək hüququna malikdirlər. Məhkəməyə sədrliyi isə Lunaçarski edib.

16 yanvar 1918-ci ildə təşkil edilən məhkəmədə çoxsaylı iştirakçı olub. Məhkəmə 5 saat davam edib və ittiham edilən stulda Bibliya qoyulub.

Əvvəlcə, “ittihamçı Rusiya xalqı” adından Allahın insanlığa qarşı “bütün cinayətləri” sadalanıb. İttihamçılar Allahın cinayətləri ilə bağlı çoxsaylı faktlar təqdim ediblər, sovet dövlətinin təyin etdiyi “müdafiəçilər” isə Allahın günahsızlığını qeyd ediblər”.

Nəşrin iddiasına görə, müdafiə tərəfi “Ağır dəlilik və psixi pozğunluq” keçirdiyi və buna görə də hərəkətlərinə nəzarət edə bilmədiyi üçün Allahın məhkəmə tərəfindən bağışlanmasını xahiş edib.

Amma məhkəmə Allahın günahkar olduğu qənaətinə gəlib və Lunaçarski qərarı elan edib: “Cənab Allah güllələnməyə məhkum edilir və növbəti gün güllələnməlidir”.

Növbəti gün məhkəmənin qərarı təntənəli surətdə icra edilib: əsgərlər dan yeri söküləndə Moskva səmasına güllələr yağdırıblar.

Bir neçə ildən sonra isə bolşevikləri başa salırlar ki, bu cür növbəti aksiyaya və kilsənin təqibinə əlavə enerji xərcləməyə ehtiyac yoxdur. Çünki Lunaçarskinin özü belə ölümündən az əvvəl bu cür cəhdləri pisləyib.

Tarix
2018.02.08 / 07:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla