Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Belə çətin olduğunu deməmişdin axı… - Paşayeva

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Qənirə Paşayevanın ad günüdür.

Kult.az xəbər verir ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitib.

1998-ci ildən ANS-də çalışıb. 2005-ci ildən Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində işləyib.

Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətlər göstərir. Xüsusilə son zamanlar Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı apardığı genişmiqyaslı təbliğat diqqəti daha çox cəlb edir.

“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”, “Qarabağ hekayələri” və s. kitabların və onlarla məqalənin müəllifidir.

Qənirə Paşayevaya xoşbəxtlik arzulayır və onun sevilən şeirlərindən birini təqdim edirik:

Ana

Bu gecə yata bilmədim, ana,

36 yaşın qorxusu vardı içimdə.

Məni 37-yə aparan gecənin

səhərində soyuq var

Üşüdüm, ana!

Bütün gecə

Səsin gəldi qulaqlarıma –

Keçmişdən səsin gəlirdi:

“Böyü, qızım,

Yeri, qızım,

Dil aç, qızım!” - deyirdin...

Böyüdüm, ana,

Tarixin ən amansız illərində böyüdüm.

Dil açdım, ana,

Həyatın ən çətin yollarında

Yeridim, ana!

Amansızca vuran oldu,

Yıxılıb-qalxdığım oldu...

Qalxdım qalxmağına,

amma canım çox ağrıdı,

Qəlbim çox ağrıdı, Ana...

Sən mənə bu dünyada

Qadın olmanın,

Belə çətin olduğunu,

Deməmişdin axı...

Ayaqların üstündə durmaq,

Namusunla yaşamaq,

Haqq bildiyini söyləmək istəsən,

Qadın olmanın bədəli çox ağırmış, ana!

Sən mənə belə deməmişdin axı...

Heç kimə göstərmədim göz yaşlarımı,

İçimə axıtmağı öyrəndim, ana,

Xoşbəxtliyi oynamağı...

Ürəyim ovcumdaykən

Başım dimdik gəzməyi.

Məni vuranları sevindirməmək üçün,

Yıxılmamağı öyrəndim, ana!

Yalandan gülməyi elə öyrəndim ki,

Gülməyin əslini unutdum.

Xoşbəxtliyi oynamagı elə öyrəndim ki,

Xoşbəxtlik necə olur əslində - unutdum...

Bu gecə

Səsin gəlirdi qulaqlarıma –

Mənə nağıl danışırdın,

Xeyirin həmişə Şərə qalib gələcəyini deyirdin.

Mən düz 36 il Xeyirin qələbəsini gözlədim,

Şər qalib gələndə ağladım, ana!

Sənin nağılların belə qurtarmırdı axı...

Səni dinləyirdim, ana,

“Biri vardı, biri yox” deyirdin.

Mənim nağılımda

“Biri yoxdu”lar daha çox oldu, axı...

Böyüdüm, ana,

Daha o qız deyiləm,

Ağrı və göz yaşlarıyla

Böyüyən qadınam...

Yadındamı, ana,

Kəbə yolu gedirdik,

Sən sakitcə dua eləyirdin.

Birdən səndən

Kimə dua elədiyini soruşdum.

Üzümə baxıb:

“Ana olanda anlarsan” - dedin.

Mən ana olmadım, ana...

Amma səni az da olsa, anlaya bilirəm...

Arxadan vuran dostları,

Qəlbimi verdiyim sevgilinin

Ögey baxışlarını görəndə,

Anladım, ana,

Sən söykənə biləcəyim

Tək varlıqsan...

Sevincimi bölüşdüm səninlə,

Amma üzülməyəsən deyə

Kədərimi bölüşmədim, ana.

Kədərimdən əzilməyəsən, deyə.

Əslində kədərimi tək sən gördün,

İlk sevdam daşa dəyəndə,

Məni təkcə sən anladın.

Mən səndə gördüm insanı anlamağın necə

səssiz olduğunu...

Sevdiyim mənə

- Sən mənim heç nəyimsən! -

Deyəndən beşcə dəqiqə sonra,

Sən mənə

- Sən mənim hər şeyimsən! – demişdin.

Sən mənə bunu deyəndə,

Mən sənin deyil, onun hər şeyi olmaq

istəyirdim.

Amma həmişə belə oldu,

Yanımda həmişə sən oldun, ana...

Sənin gözlərində

Qəzəblərin ən gözəli olurdu,

Kimlərsə məni ağladanda.

Gözlərində alovların ən qaynarı olurdu,

Kimlərsə məni aldadanda...

Qaçqınların yurd həsrətini,

Atılmış körpələrin göz yaşlarını

İçimdə hiss elədim.

Taledən yarımayanların, ürkək baxışlarını

İçimdə hiss elədim.

Savaşda itirdiyim dostlarımın,

Gözlərini, arzularını, xəyallarını

Heç unutmadım, ana..

Məni ağrılar büyütdü,

Daha güclü oldum, ana!

Gəncliyin, eşqin, sevdanın dadı,

ağrılarda, savaşlarda itib getdi.

Sonra sevgini tanıyanda

O artıq məndən qaçırdı...

37 yaşıma çatdım, ana,

Tonqala atılan Jannadan,

Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,

İsgəndərə ədalət dərsi keçən Nüşabədən,

Sevgi şəhidi Leylidən

Daha çox yaşadım, ana!

Amma nə Tomris ola bildim,

Nə Nüşabə, nə Janna,

Leyli də ola bilmədim, ana...

Əvəzində sənin hər şeyin oldum,

Məni uşaqlığıma apar, ana,

Sonu xoşbəxtliklə qurtaran nağıllar danış.

“Biri var”ları çox olsun,

37 yaşımın ilk sabahını

Sənin nağıllarına inanaraq açmaq istəyirəm

Tarix
2018.03.08 / 00:31
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qanuni oğrunun lüks həyat yaşayan gözəl qızı - Foto

Nigeriyalı azarkeş: Fəxr edirəm ki, azərbaycanlıyam - Video

Türk məşhurlar seçkiyə axın etdi - Foto

Hacı Nuranın palatasına at gətirdilər - Video

Hacı Nuran səhhəti ilə bağlı ölkəni tərk edir - Foto

Paşayeva yüksək mükafatla təltif edildi

İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü

Metrodakı şortik olayı: İlahiyyatçı və yazar baxışı

Məşhur müğənninin toyudur - Foto

Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla