Yuxarı

Erkül Puaro haqda naməlum əhvalat nəşr ediləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erkül Puaro haqda naməlum əhvalat nəşr ediləcək

Aqata Kristinin xəfiyyə Erkül Puaro haqqında əvvəllər heç vaxt nəşr olunmamış hekayətləri 2014-cü il sentyabrın əvvəllərində "Eksmo"da nəşr ediləcək.

Axar.az nu haqda "Eksmo" nəşriyyatının ədəbi redaktoru Yevgeni Solovyovun "Lente.ru"ya verdiyi məlumata istinadən xəbər verir.

Nəşriyyatda həmçinin qeyd ediblər ki, əvvəllər Aqata Kristi fondu Puaro, Miss Marpl və digər qəhrəmanlar haqqında seriyanın davametmə imkanlarına dair tender keçirmişdi. Tenderi ingilis yazıçı-şairi Sofi Hanna qazanıb. Onun Puaro haqqındakı ilk kitabı artıq başa çatıb və Rusiyada nəşri gözlənilir. Hər iki əsər – Aqata Kristi və Sofi Hanna – sentyabrın sonunda eyni bir hədiyyə bağlamasında satışa çıxarılacaq.

Aqata Kristi 60-dan çox detektiv, altı psixoloji roman və 19 hekayələr toplusu nəşr etdirib. Erkül Puaro haqqında ilk roman 1920-ci ildə "Staylzda müəmmalı hadisə" adı ilə çıxıb. Ardınca bu persenajın iştirak etdiyi bütöv bir silsilə romanlar bir-birini izləməyə başladı. Beləliklə, belçikalı xəfiyyə ümumilikdə 33 roman, 54 hekayə və bir pyesin qəhrəmanı kimi dünya ədəbiyyatında ən məşhur detektiv qəhrəmanına çevrildi.

Tarix
2014.08.09 / 21:34
Müəllif
Əminə Xatun
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla