Yuxarı

Stiven Kinqin yeni kitabının sirri - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stiven Kinqin yeni kitabının sirri - Foto

Məşhur Amerika yazıçısı Stiven Kinq Facebook sosial şəbəkəsində öz səhifəsində yeni "Oyanış" (Revival) romanının üz qabığını yayımlayıb. Üz qabığındakı təsvirdə kitabın sirləri gizlənib. Şəkil müəyyən miqdarda bəyənmə aldıqdan sonra internet istifadəçiləri üçün təsvirin yeni kvadratı açılacaq.

Stiven Kinqin 58-ci kitabı olacaq bu nəşr 11 noyabr 2014-cü ildə ABŞ-da satışa çıxarılacaq. Romanda əsərin qadın qəhrəmanına aludə olan gitaraçı Ceymi Morton haqqında danışılır. Morton ABŞ-ı səyahətə çıxır və keçmiş keşiş Çarlz Ceykobsa rast olur. Keşiş bir vaxtlar Ceyminin doğma şəhərinə gəlmiş, lakin inamında məyus olmuşdu. Kişilər heç şeytanın da ağlına gəlməyən bir işbirliyi qururlar. Qeyd edək ki, kitabdakı hadisələr XX əsrin ortalarında cərəyan edir.

Yazıçı öz səhifəsində üz qabığı ilə yanaşı romandan bir parça da yerləşdirib:

"Bir tərəfdən, həyatımız əsl film kimidir. Baş rollarda da ailə üzvlərimiz və dostlarımızdır. İkinci dərəcəli personajlar – qonşular, həmkarlar, müəllimlər və tanışlar... Ancaq bəzən həyatımıza elə insan daxil olur ki, bu kateqoriyaların heç birinə uyğun gəlmir..."

Tarix
2014.08.10 / 02:01
Müəllif
Əminə Xatun
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla