Yuxarı

Əli bəyin qızına orden təqdim olundu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi "Dostluq" ordeni görkəmli ədib, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadənin yeganə varisi - 99 yaşlı qızı Feyzavər Alpsara təqdim olunub.

Report xəbər verir ki, ordeni və yaxa nişanını Feyzavər Alpsara Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təqdim edib. Feyzavər Alpsarın yaşadığı evdə baş tutan təqdimat mərasimdə Hüseynzadə irsinin qorunmasında əvəzsiz xidmətləri olan, İstanbulda fəaliyyət göstərən azərbaycanlı rəssam Teymur Rzayev, Feyzavər Alpsarın vəkili Fuat Topdəmir və İstanbul Universitetinin professoru İbrahim Yıldırım iştirak ediblər.

Feyzavər Alpsar səfirə təşəkkür edərək, Azərbaycan hökümətinə ona göstərdiyi diqqətə və qayğıya görə minnətdarlığını ifadə edib: "Xoşbəxtəm. Çox sag olsun cənab Prezident, mənə göstərilən hörmətin fərqindəyəm. Azərbaycan xalqı məni unutmur, hər zaman diqqət və qayğılarını hiss edirəm. Kaş atam sağ olaydı, onunla Azərbaycana gedəydim. Onun üçün çox darıxıram".

Qeyd edək ki, ötən ay dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsarı "Dostluq" ordeni ilə təltif edib.

Tarix
2018.04.15 / 00:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla