Yuxarı

8 dahinin qəribə vərdişləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəinki yaşadıqları dövrə, həmçinin gələcəyə işıq salan və bir çoxları üçün ilham mənbəyi olan dahilər adi insanlar deyildilər. Onlar sadəcə yaratdıqları ilə deyil, həyatları da araşdırılan dahi insanlar idilər.

Kult.az moneta.az-a istinadən dahi insanların qəribə davranışlarını təqdim edir:

1) Albert Eynşteyn

Rahatlığına xüsusi önəm verən Eynşteyn paltarlarına diqqət etməzdi, saçlarını daramağı və corab geyinməyi sevmirdi. Yeniyetməlik dönəmindən etibarən corab geyməməyə vərdiş edən dahi fizik əmisi oğluna yazdığı məktubda deyir:

"Gənclik illərimdə corab geyinərdim, ancaq baş barmağım həmişə corabı dəlib çölə çıxardı. Axırda geyinməmək qərarına gəldim".

O hətta Ağ Evdə təşkil olunan məclisə qatıldığı zaman da corabsız idi.

2) Nikola Tesla

Vaxtının böyük hissəsini mütaliə edərək və ya işləyərək keçirən dahinin ətrafı özünün seçdiyi bir-iki nəfərlə məhdudlaşırdı. Qadınlarla münasibət qurmağa səy göstərməz və bundan qaçırmış:

"Yalnızlığı sevirəm. İxtiraların sirri yalnızlıqda yatır" deyən Tesla cəmiyyətdən uzaq həyat yaşadığına görə heç bir zaman diqqət dağınıqlığı problemi yaşamamışdı.

3) İsaak Nyuton

Həyatı kitablardan ibarət olan Nyutonun ən önəmli özəlliyi qeyd aparmaq vərdişi idi. Dahi fizik oxuduğu kitabların səhifələrində qeydlər edərək boş yer buraxmaz və bundan əlavə ayrıca dəftərdə qeydlər tutardı.

4) Volfqanq Amadey Motsart

Eynşteyndən fərqli olaraq, Motsartın ən qəribə xüsusiyyəti xarici görünüşünə böyük önəm verməsi idi. Həyatı boyunca krallar, kraliçalar və elit təbəqənin qarşısında konsert verən dahinin xarici görünüşünə bu qədər önəm verməsi başa düşüləndir.

5) Leonardo Da Vinçi

Da Vinçinin ən qəribə vərdişi Nyuton kimi qeydlər almağı və yanından uzaqlaşdırmadığı dəftəridir. Bu, elə belə dəftər deyil. Bu dəftərdə elmi araşdırmalarla bərabər zarafatları, hekayələri, heyran olduğu insanlar haqqındakı düşüncələri, maliyyə vəziyyətinə aid qeydləri, məktubları, problemləri barəsində qəbul etdiyi qərarları, fəlsəfi düşüncələri və hətta kəhanətləri də daxildir.

Dahinin digər bir qəribə vərdiş isə hər iki əli ilə yazmağı bacarmasıdır. Həmçinin, Da Vinçinin sağdan sola yazdıqlarını ancaq güzgü ilə oxumaq mümkündür.

6) Lüdviq van Bethoven

Bethoven kofe içməyi çox sevməsi və duş almaq vərdişi ilə məşhurdur. Hamamda vaxt keçirməkdən böyük zövq alan və bunun həyatındakı vacib şeylərdən biri olduğunu dilə gətirən bəstəkar ən önəmli əsərlərini hamamda yaratmışdır. Hər gün vərdiş etdiyi duş qəbul etdikdən sonra sulu vəziyyətdə evin içində gəzərmiş. Bəstəkarin bu vərdişindən dolayı ev sahibi evin döşəməsinə sement tökmək məcburiyyətində qalmışdı.

7) İmmanuel Kant

Kant bütün həyatı boyu dəqiqliyi ilə seçilib. Yuxu, istirahət, iş rejiminə o qədər dəqiq əməl edib ki, hətta qonşuları onun gəzməyə belə günün hansı saatında və dəqiqəsində çıxdığını bildikləri üçün Kant evdən çıxarkən saatlarını düzəldirmişlər.

12 yaşında ağır xəstəliyə tutulduğuna görə həkimlərin tezliklə öləcəyi diaqnozunu qoyduğu Kant 80 il yaşayıb. O, buna insanın təbiətin bir parçası olması və təbiətin qanunlarına uyğun həyat tərzi seçməsi ilə nail olduğunu bildirib.

8) Salvador Dali

Salvador Dalinin çoxsaylı qəribə vərdişləri var idi. Bəzən şoumen adlandırılan sənətçi insanların diqqət mərkəzində olmasından xoşu gəlir və ətrafındakıları əyləndirməyi sevirdi. Bir dəfə spiker olaraq bir konfransa dalğıc geyimi ilə qatılan dahi bunun kimi qəribə vərdişlərini marketinq alətinə çevirmişdi.

Tarix
2018.04.16 / 01:36
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla