Yuxarı

Ölkə TV Azərbaycandan reportaj hazırladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ölkə TV (Ülke TV) kanalı Azərbaycan haqqında reportaj yayımlayıb.

Kult.az xəbər verir ki, kanalın Azərbaycanda olan müxbirləri hazırladıqları reportajda Türkiyə ictimaiyyətinə ölkəmizin tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verirlər. Qardaş ölkələr olan Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduğu bildirilir.

Paytaxt Bakı şəhərinin müxtəlif görməli yerlərində olan türkiyəli müxbirlər tarixi abidələrin, qədim və müasir tikililərin, təmiz küçələrin, parkların, geniş yolların şəhərə xüsusi gözəllik verdiyini bildirirlər. Dağüstü parkdan şəhərin mənzərəsinin xüsusilə gözəl göründüyü vurğulanan reportajda Azərbaycan paytaxtının müasirliyin və qədimliyin sintezi olduğu diqqətə çatdırılır.

Reportajda Bakının əsrarəngiz gecə görüntüsünə malik olduğu da vurğulanır, bu şəhərə gəlmək istəyənlərə Heydər Əliyev Mərkəzinin qeyri-adi gözəl binasını mütləq ziyarət etmək tövsiyə olunur.

İçərişəhərdən geniş bəhs edilən reportajda Bakı sakinlərinin və qonaqların fikirlərinə də yer verilir. İnsanları heyran edən İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. İçərişəhəri ziyarət edən turistləri qədim tarixə səyahət gözlədiyi diqqətə çatdırılır.

Tarix
2018.04.17 / 18:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla