Yuxarı

Moskva metrosunun dəhşət və həyəcanı Bakıda yaşanacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva metrosunun dəhşət və həyəcanı Bakıda yaşanacaq

Hədəf Nəşrləri dünya şöhrətli "Metro-2033" romanını çap etdi

Moskva metrosunda baş verən dəhşətli hadisələrdən və insanlığın xilası uğrunda gedən mübarizədən bəhs olunan məşhur "Metro-2033" romanı Azərbaycanda nəşr olundu.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, tanınmış rus yazıçısı Dmitri Qluxovskidən Azərbaycanda çap və yayım hüquqlarını alan nəşriyyat bu əsəri dilimizə tərcümə etdirərək oxuculara təqdim edib.

Dünyanın 30-dan çoxölkəsində bestseller siyahısında olan bu roman elmi-fantastik macəra janrında ən yaxşılardandır. Qluxovski bu kitabına görə həm Rusiyada, həm də xarici ölkələrdə dəfələrlə mükafat alıb.

Əsərin tərcüməçisi Elçin İbrahimovdur. Naşir Müşfiq XAN, redaktor isə Rüfət Əhmədzadədir. Dizayn və qrafika Teymur Fərziyə ("Proyekt Dizayn") məxsusdur.

Kitabın məzmunu: 2033-cü il. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır. Və mutantların hücumuna məruz qalan Moskva metrosunu – bəşər övladının son qalasını xilas etmək lazımdır. Romanın qəhrmanı Artyom gərgin və həyəcan yaşadan bir macəra ilə, bu missiyanın öhdəsindən gəlir.

Tarix
2013.11.27 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla