Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Mart 2019


O, 1352 məktəb açdı, tələbə sayını 100 minə qaldırdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

O hər kəsin dilində əzbər olan “Təhsil millətin gələcəyidir” sözünü ölkə təhsilinin şüarına çevirə bildi. Bütün çağırışlarında neft kapitalını insan kapitalına çevirməyin vacibliyini vurğuladı.

Və onun - Ulu öndər Heydər Əliyevin sayəsində təhsil cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahə olaraq daha da inkişaf etdi.

Hələ SSRİ dövründə – XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq, bu sahədə ciddi işlər gördü, 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların tətbiqi nəticəsində ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq, minlərlə azyaşlı bu məktəblərə cəlb edildi. XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı.

O dövrdən başlayaraq hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərildi ki, bu da gələcəkdə ölkənin milli kadr potensialının daha da gücləndirilməsinə təkan verdi.

Müstəqillik illərində də təhsil ölkə üçün prioritet oldu. Heydər Əliyevin bu sahəyə ayırdığı diqqət və qayğı sayəsində məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi təmin olundu. Xaricdə təhsil kimi bir proqramın reallaşdırılması ilə minlərlə gəncin ölkə sərhədlərindən kənarda təhsil alması mümkünləşdi.

Hazırda isə təhsilimizin inkişafı, millətimizin işıqlı gələcəyinin təmin olunması ölkə başçısı İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın apardığı siyasətin prioritetlərindəndir.

2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri məhz elm və təhsilə aid proqram və layihələrin hazırlanaraq həyata keçirilməsidir.

Bəli, təhsil millətin gələcəyidir. Zaman göstərir ki, bu fikir dərin tarixi təcrübəyə, ciddi arqumentlərə əsaslanır. Ulu öndərin sözləri ilə desək, təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

Tarix
2018.05.10 / 00:21
Müəllif
Bənövşə Məmmədova
Şərhlər
loading...
Digər xəbərlər

"Bölgələrdən bölgələrə” festivalı: musiqi, rəqs, sərgi...

Atam-anam yuxuma girməz, amma Zəki... – Məşhur aktyor

Heydər Əliyev: Hansısa bir terrorçu gülləsi... - Video

Avropada islamçı terrorizm hökmranlıq edir - Hesabat

Lütfəli Abdullayev papağını oğurlayanı evinə gətirib...

Ağakərimin yeni görüntüsü yayıldı - Foto

Maduro islamı qəbul edə bilər - Çavuşoğludan şok

Ələtdə uşaqların Novruz səhnəciyi maraqla qarşılandı - Foto

YUNESKO məşhur alimimizin məqbərəsini... - Qərar

Sovet Azərbaycanında ilk Novruz açıqcası - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla