Yuxarı

Fond və komitənin birgə “ailə” layihəsi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailəliklə kitabxanaya” layihəsinə başlanılıb.

Kult.az xəbər verir ki, mayın 15-də layihənin təqdimatı məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu” mövzusunda konfrans keçirilib.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbiri giriş sözü ilə açaraq, layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, əsas məqsəd ailədə mütaliə ənənəsinin təbliği və gücləndirilməsi, mütaliə vasitəsi ilə ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsi, bədii, klassik, müasir, elmi-kütləvi ədəbiyyatın gənclər və valideynlər arasında təbliği, eləcə də asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanmasıdır.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihənin faydalarından bəhs edərək, ailə institutunun möhkəmlənməsində mütaliənin rolundan danışıb. İcraçı direktor qeyd edib ki, ailə üzvlərinin bir-biri ilə daim ünsiyyətdə olması vacibdir və kitab oxumaqla, kitabların müzakirəsi ilə bu ünsiyyəti qurmaq mümkündür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı hər iki quruma təşəkkürünü bildirərək, ailənin möhkəm təməllər üzərində qurulması üçün belə konfransların və maarifləndirici layihələrin keçirilməsinin məqsədəuyğun olduğunu deyib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının əməkdaşı Nigar İsmayılova, uşaq yazarı Reyhan Yusifqızı Şıxlinskaya tədbirdə çıxış edərək, mütaliə mədəniyyətinin təbliğatına dəstək verməyə hazır olduqlarını vurğulayıblar.

Tarix
2018.05.16 / 01:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla