Yuxarı

Türk professor “Türkologiya” jurnalında – Seminar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Türkologiya” jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib.

Kult.az xəbər verir ki, budəfəki seminarın qonağı Türkiyənin Qazi Univerisitetinin professoru Mehman Musaoğlu olub. Professor M.Musaoğlu “Türkoloji dilçilik: problemlər, perspektivlər və təkliflər” mövsuzunda məruzə ilə çıxış edib.

Seminarda AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, professor Roza Eyvazova, türk dilləri şöbəsinin müdiri dosent Aygül Hacıyeva, Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədli, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Kamil Bəşirov, institutun əməkdaşları Qətibə Mahmudova, Şəbnəm Həsənova, Elnarə Əliyeva, Təranə Şükürlü, Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dissertantı İmanyar Quliyev, “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov, jurnalın əməkdaşları və seminarın üzvü olan tələbələr iştirak ediblər.

Əvvəlcə jurnalın baş redaktorunun müavini, akademik Möhsün Nağısoylu professor Mehman Musaoğlunun elmi fəaliyyəti və jurnalın nəzdində keçirlən seminarın əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.

“Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov çıxışında seminar haqqında iştirakçıları ətraflı məlumatlandırıb. E.İbrahimov qeyd edib ki, “Türkologiya” jurnalının nəzdində seminarların keçirilməsi ideyası jurnalın baş redaktoru, akademik Kamal Abdullayevə məxsusdur. Jurnalın ilk seminarı məhz akademik K.Abdullayevin təşəbbüsü ilə beynəlxalq məsləhətçilərin iştirakı ilə keçirilmişdir. Bu ilk addım artıq bir ənənəyə çevrilib və jurnalın nəzdində seminarlar mütamadi şəkildə keçirilməkdədir. Keçirilən seminarların mövzusu türkologiya elminin müxtəlif sahələrinə və aktuallıq kəsb edən məsələlərə həsr olunur”.

Daha sonra seminar öz işini professor M.Musaoğlunun məruzəsi ilə davam etdirib. Professor M.Musaoğlu “Ənənəvi, yeni, ən yeni türkoloji dilcilik, əənəvi-təsviri türkoloji dilçilikdə; təsriflənməyən feillərin və ya feli sifət, feli bağlama və məsdərlərlə bərabər, bəzi sintaktik konstruksiyaların qurucu mərkəzlərinin də budaq cümlənin xəbəri yerində işlənildiyinin göstərilməsi, hərəkətin bitmişliyi, sürəkliliyi və bitiriləcəyini leksik, semantik və morfoloji vasitələrlə ifadə edə bilən analitik feillərdə aspekt kateqoriyasının yox sayılması, sözdüzəldici, formadüzəldici və sözdəyişdirici şəkilçilərin sərhədlərinin qarışdırılmasından danışmışdır.

Türk dillərinə dair aparılan yeni linqvistik araşdırmalardan danışan M.Musaoğlu “Sözün iki zirvəli tələffüz modeli probleminin türk dillərində izahlı-müqayisəli olaraq öyrənilməməsi və həmin problemin çözümlənməsində “Türk dillərində vurğu sözün son hecasının üzərinə düşər” ənənəvi hökmündən hərəkət edilməsi, sözün struktur, semantik və semiotik quruluşunun kök//şəkilçi və birləşdirici morfemlərə, morf və allomorflara, eyni zamanda dil-danışıq kontekstinə görə müəyyənləşdirilən sintaktik, semantik və praqmatik komponent olaraq öyrənilməməsi” kimi məsələlərdən də geniş şəkildə seminar iştirakçılarına məlumat vermişdi.

Seminarın sonunda mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, M.Musaoğlu həm də “Türkologiya” jurnalının beynəlxalq redaksiya heyətinin dilçilik üzrə üzvüdür.

Tarix
2018.05.16 / 23:22
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla