Yuxarı

Gənc yazar Qənirə Paşayevanı plagiatda suçladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc yazar Qənirə Paşayevanı plagiatda suçladı

"Müəllifi olduğum kitabın plagiat olması tamamilə absurd fikirdir. Çünki o kitabın tam adı "O" deyil. Bunu iddia edənlər ədəbiyyatdan və müəllif hüquqlarından anlayışı olmayanlardır".

Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Qənirə Paşayeva bildirdi:

- Bilirsiniz, plagiat olduğu iddia edilən, "Özümə yolçuluq" trilogiyasının ikinci cildidir. Kitabın tam adı "Özümə Yolçuluq - O"dur. Bu əsərdə Allah, Dünya və İnsan, Haqq Yolu və bu qəbildən digər ana xətlər üzrə düşüncə yazıları toplanıb. "Özümə yolçuluğ"a daxil olan birinci kitab "Məndən sonra…" adlanırdı və bir neçə ay bundan öncə işıq üzü görüb. Ümumən "Özümə yolçuluq" seriyasından çıxan (və gələcəkdə çıxacaq) kitablar, ruhən "O"na bağlı olan, "O"nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun duyğu, düşüncə, fikir və qənaətləridir. Ona görə kiminsə bunu plagiat adlandırması gülünc görünür və heç bir məntiqə sığmır. Çünki bu silsilədən bir neçə kitab çap edilib.

Xatırladaq ki, Tural Balabəyli adlı gənc bir yazar "Millət vəkili Qənirə xanım Paşayevanın "O" adlı yeni kitabının plagiat adlandırır və kitabın adının ona aid olmasını iddia edir.

Tarix
2013.10.14 / 16:56
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla