Yuxarı

Azərbaycan hökmdarından Xəlifəyə qandonduran - Məktub

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çingiz xanın nəvəsi Hülakü xanın yaratdığı Elxanilər dövləti (Hülakülər) dövrün ən böyük imperiyalarından biri idi. Hülakü xan ölkənin başlıca məmləkəti kimi Azərbaycanı seçmişdi və dövlətin paytaxtları (Marağa, Təbriz) burada yerləşirdi.

O, yeni əraziləri işğal etməklə yanaşı, Ərəb Xilafətinin varlığına son qoymağı da hədəf seçmişdi. Buna görə də xan 1257-ci ildə Bağdada yürüşə başladı və Dəclənin şərq və qərb sahillərindən şəhəri mühasirəyə almaq üçün ordunu iki hissəyə böldü. Tarixin ən qəddar hökmdarlarından biri kimi tanınan Hülakü xan Xəlifəyə məktub yazaraq, şəhəri təslim etməsini istədi. Lakin Xəlifə Mustasım Billah təslim olmaqdan imtina etdi.

Hülakü xanın məktubu sıradan bir məktub deyildi. Bu, böyük əraziləri işğal etmiş, əsrlərdir hökmranlıq edən Ərəb Xilafətinə meydan oxumaq idi.

Kult.az qüdrətli hökmdar Hülakü xanın Xəlifə Mustasım Billaha yazdığı məktubu təqdim edir:

“Bağdada girib, Tanrının qılıncı ilə buranı alacağıq. Lakin əvvəlcə şəhərin sahibinə, yəni sənə 2 sual verdik, sən isə sualımıza cavab vermədin. Buna görə də bizim qəzəbimizə düçar oldun. Bundan sonra Tanrının buyurduğu kimi, öz günahlarının cəzasını çəkəcəksən.

Çünki biz Tanrının qüvvəsinin köməkliyi ilə mübarizə aparırıq. Şübhəsiz ki, biz Tanrının Yer üzündəki əsgərləriyik. O, qəzəbinə düçar olanların üzərinə bizi göndərir. Hədislər sizə ibrət, sözümüz isə nəsihət olsun!

Neçə-neçə insanları yox etdik, uşaqları atasız qoyduq, Yer üzünün düzənini dəyişdirdik və alt-üst etdik. Sizin taleyinizə qaçmaq yazılıb, bizə isə qaçanları təqib edib tutmaq. Bizim qılıncımızdan xilas ola bilməyəcəksiniz. Harada olmağınızdan asılı olmayaraq, oxlarımız sizə sancılacaq. Atlarımız bütün atlardan sürətli qaçır və oxlarımız bütün qalxanları deşir. Qılıncımız ildırım kimi başınıza enəcək. Sayımız qum dənəsi qədər çoxdur. Bizdən aman istəyənlər sağ qalacaq, savaşanlar isə peşman olacaq.

Siz bizə “kafir” deyirsiniz, biz isə sizə “fasiq”. Biz hər şeyi idarə edən Tanrı tərəfindən qarşınıza çıxarıldıq. Yer üzünün qərbi də, şərqi də bizim əlimizdədir! Xilasınız mümkün deyil!”

Qeyd edək ki, Hülakü xan 1258-ci ildə öz ordusu ilə Bağdada girir və 1 həftə ərzində şəhəri viran qoyur. Onun bu həlledici hücumu Abbasilər xilafətinin süqutu ilə nəticələnir.

Tarix
2018.06.04 / 07:00
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

DTX-nin yaxaladığı şəxs Bakıda kimi öldürmək istəyib? - KAN

Ermənistan Rusiyaya buna görə nota verdi - Video

ABŞ-İrəvan sazişi: Bu, İranla müharibəyə hazırlıqdır - Özər

ABŞ-Ermənistan strateji sazişi – Tam mətn

Ermənistan Rusiyaya nota verdi

Bayramova ingiliscə saxta məktub... - Arkov

Konfransa çağırılıb həbs edilən azərbaycanlı açıqlama yaydı

Ombudsmandan Qərbi azərbaycanlılarla bağlı açıq məktub

ABŞ qüvvələri sərhədimizə yeridilir: Məqsəd nədir?

Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla