Yuxarı

Milyonluq əsərlərin sərgisi keçiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyonluq əsərlərin sərgisi keçiriləcək

Nyu Yorkda "Kristi" Hərrac Evində noyabrın 12-si Marko Rotko və Endi Uorholun əsərləri yer alacaq.

Marko Rotkonun 1957-ci ildə çəkilmiş "Adsız (№ 11)" rəsm əsərini hərracın favoriti adlandırırlar. Bu əsəri 25-35 milyon dollar həcmində dəyərləndiriblər.

"Adsız (№ 11)" əsərini Rotko şöhrətinin ən pik nöqtəsində yaradıb. "Mən istəyirəm ki, seyrçi əsərdən üzünü çevirəndə də onun varlığını günəşin şüasını öz üzərində hiss etdiyi kimi hiss etsin", - Rotko bildirib.

Rəssamın indiyə kimi ən böyük məbləğdə dəyərləndirilən əsəri 86,8 milyon dollara satılmış filantrop Devid Punksun kolleksiyasından "Narıncı, qırmızı, sarı"dır.

Endi Uorholun "Mercedes-Benz W 196 R Grand Prix Car (Streamlined Version, 1954)" əsəri də bu auksionda yer alır. Onu 12-16 milyon dollara dəyərləndiriblər.

Rəsm əsəri 4 metrlik kətan üzərində 1986-cı ildə "Mercedes-Benz" markasının 100 illiyinə həsr olunmuş Daimler Art Kolleksiyasının toplantısı üçün yaradılıb. Bu əsər Endi Uorholun gözlənilməz ölümündən əvvəl yazılmış sonuncu əsərlərindən biridir.

Rəssamın hərracda ən böyük məbləğdə satılan əsəri 71,7 milyon dollara dəyərləndirilən 2007-ci ildə satılan "Yaşıl avtomobil qəzası"dır.

Tarix
2013.10.16 / 15:40
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla