Yuxarı

Motsart və Şopenin əsərləri Qəbələ festivalında - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:31

Qəbələdə davam edən X Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 6-da axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzinin zalında tamaşaçılara növbəti kamera konserti təqdim olunub.

Kult.az xəbər verir ki, kamera musiqisi həvəskarları bu dəfə tanınmış pianoçular - Qəbələ festivalının bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin, həmçinin istedadlı gənc musiqiçilər Fərhad Aşumov (violin) və Nərmin Rzayevanın (piano) ifalarını dinləyiblər.

Kamera musiqisi axşamında S.Raxmaninovun və K.Şimanovskinin əsərləri səsləndirilib.

***

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı sona yaxınlaşır. Avqustun 6-da axşam saatlarında tamaşaçılar İsrailin dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin təqdimatında daha bir konsert proqramını izləyiblər.

Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Rusiyalı dirijor Mixail Xoxlovun dirijorluğu ilə keçən konsertin əvvəlində orkestrin ifasında V.A.Motsartın “Yupiter” əsəri səsləndirilib.

Sonra tamaşaçılar istedadlı pianoçu, beynəlxalq müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdünə layiq görülən Toğrul Hüseynlinin orkestrin müşayiəti ilə ifa etdiyi S.Prokofyevin “Fortepiano və orkestr üçün 3 saylı Konsert” əsərini dinləyiblər. Konsertin sonunda dünya şöhrətli pianoçu Oksana Yablonskaya (İsrail-ABŞ) F.Şopenin “Fortepiano və orkestr üçün 2 saylı konsert”ini ifa edib.

Simfonik orkestrin və solistlərin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılan bu musiqi kollektivi 1970-ci ildən Yerusəlim Simfonik Orkestri adlandırılır. Orkestrin repertuarında klassik dövrlərin və müasir bəstəkarların müxtəlif səpkili əsərləri yer alıb. Sofiya Qubaydulina, Henri Dutilleuks, Alfred Şnittke və digər tanınmış bəstəkarların əsərlərini ilk dəfə məhz Yerusəlim Simfonik Orkestri ifa edib. Onilliklər ərzində musiqi dünyasının əfsanəvi musiqiçilərinin – İqor Stravinski, Artur Rubinşteyn, Otto Klemperer, Yehudi Menuhin, Mstislav Rostropoviç, İsaak Stern, Pablo Kazals və onlarla digər məşhurların bu orkestrlə yaddaqalan çıxışları olub. Orkestr hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallara dəvət alır. İsrailin Mədəniyyət və İdman Nazirliyi və Qüds bələdiyyəsi tərəfindən dəstəklənən bu kollektiv Avropanın və Amerikanın bir çox şəhərlərində qastrol səfərlərində olub, dünyanın ən məşhur konsert salonlarında çıxış edib.

Onuncu Qəbələ Beynəlxalq Musiqi Festivalına avqustun 7-də yekun vurulacaq. Proqrama uyğun olaraq, festivalın sonuncu günü əvvəlcə fortepiano musiqisi axşamı təşkil ediləcək. Saat 21:00-da isə festivalın bağlanış mərasimi və son konserti olacaq.

Tarix
2018.08.06 / 23:26
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla