Yuxarı

Milyonlarla insan niyə Azərbaycanı seçir? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Müstəqil Dövlətlər Birliyi reytinqində yay səyahətlərinin ən populyar şəhəri seçilib. Bu il yayda şəhəri 1 milyondan çox turist ziyarət edib.

Publika.az xəbər verir ki, “Mir24” telekanalı xaricilərin nə üçün Bakını seçməsi ilə bağlı sujet hazırlayıb.

Sujetdə vurğulanır ki, İçərişəhər Bakının vizit kartıdır. Bakıya gələn hər bir turist mütləq yolunu İçərişəhərdən salmalıdır. Bu cür düşünən turistlərdən biri də Qazaxıstandan Bakıya gələn Diaz Axmetovdur.

“Bura Şərqlə Qərbin birlikdə uyumu olan qədim, eyni zamanda modern şəhərdir. Bununla da Bakı turistləri özünə çəkir. Bir gün qalmaq üçün gəlmişdim, amma bir həftədir buradayam” - deyə, o bildirib.

Bu şəhərin hər bir küçəsində bir tarix var. İçərişəhərdə şəhərin elit təbəqəsi deyil, sadə insanlar yaşayır. Ömründə bir dəfə də olsun, Bakıya gəlməyən belə Kiçik qalanı tanıyır. İnsanlar bu küçəni məşhur Sovet filmi “Brilyant əl”dən tanıyırlar.

Sujetdə həmçinin Bakıda onlarla filmin çəkildiyi vurğulanır. Bunların arasında “Amfibiya adam”, “Tehran-43”, “Aybolit-66” və s. də var.

Ruslan və Lina adlı turist telekanala müsahibələrində məhz Qız qalasını görmək üçün Azərbaycana gəldiklərini deyir.

Sujetdə şəhərin istirahət məkanlarında təqdim edilən çayın turistlərin marağında olduğu vurğulanır.

Belə ki, İçərişəhərin küçələrini və tarixi məkanları gəzəndən sonra sərinləmək üçün turistlərə çay təklif olunur. Bu çayın özəlliyi məhz yerli şirniyyatlar və mürəbbələrlə təqdim edilməsidir. Bakının həm də hədiyəlik, bəzək əşyaları, eləcə də ipək xalça almaq istəyənlər üçün də əlverişli seçim imkanları var. Sujetdə o da vurğulanır ki, Azərbaycan təkcə qonaqpərvərliyi ilə deyil, təhlükəsizliyinə görə də əlverişli məkandır. Yeni ildən bu vaxta qədər ölkəyə 2 milyon turist gəlib.

Tarix
2018.08.08 / 23:56
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla