Yuxarı

Türkiyə heç vaxt pulun əsiri olmayıb - Tatlısəs

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayrağımızı sinəsinə qoyan, heç vaxt üstünə çıxmayan, digərləri boş-boş baxarkən əvvəlcə bayrağını düşünən bir adam var. Nə ac qalarıq, nə bayırda qalarıq. Bura Türkiyə Cümhuriyyətidir. Hər kəs bunu belə bilsin.

Kult.az xəbər verir ki, bu sözləri türkiyəli məşhur müğənni İbrahim Tatlısəs son günlər türk lirəsinin dollar qarşısında dəyər itirməsinə münasibət bildirərkən deyib. O, Türkiyə xalqını çətin günlərdə dözümlü olmağa çağırıb:

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğana inamım tamdır. İqtisadiyyatımızı çökdürmək istəyən, daxildən və xaricdən bizə müharibə başladan düşmənlər, xainlər yenə qalib gələ bilməyəcəklər.

Bizim elə bir liderimiz var ki, nə ölkəmizin adını, nə də şəhid qanı ilə islanmış bayrağımızı tapdaladar. Bu ölkə nələr görüb. Çətin günlər keçəcək. Nə ilk olacaq, nə də son. Dolların qalxıb düşməsi ilə bu vətənə, bu millətə heç nə olmaz. Valyuta həmişə dəyişib. Birlik olsaq, hər şeyin öhdəsindən gələcəyik. Biz heç vaxt pulun əsiri olan bir millət olmamışıq”.

Tarix
2018.08.12 / 01:35
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla