Yuxarı

İstanbuldan Masallıya sənət körpüsü – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı şəhər Nizami parkında “İstanbuldan Masallıya sənət körpüsü” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ordumuzun 100 illiyi, Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakıya dəstəyə gəlməsinin 100-cü ildönümü və bir sıra digər əlamətdar hadisələrə həsr olunub.

Tədbirin açılışında çıxış edən təşkilatçılardan “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova ölkəmiz və xalqımız üçün əlamətdar olan bu hadisələrlə bağlı çıxış edib. A.Bağırova bu tədbiri Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fikirlərinə uyğun olaraq qardaş Türkiyədən gələn qonaqlarla birlikdə qeyd etməkdən məmnuniyyət duyduğunu vurğulayıb.

Tədbirdə Milli Məclisin üzvü Qənirə Paşayeva, rayon rəhbərliyi və başqaları iştirak ediblər. Azərbaycanın əməkdar artisti Lalə Məmmədova və türkiyəli müğənni Zəfər İşləyənin ifasında səslənən milli ruhlu əsərlər tamaşaçılar tərəfindən böyük coşqu və hərarətlə qarşılanıb.

Tədbirin sonunda “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova hər iki sənətçiyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib.

Tarix
2018.09.14 / 19:39
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla