Yuxarı

Dünya şöhrətli rejissor serial çəkəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya şöhrətli rejissor serial çəkəcək

Filmləri ilə daima qalmaqal yaradan dünya şöhrətli rejissor Lars von Trier növbəti layihəsini açıqlayıb.

Axar.az xəbər verir ki, kino dünyasının sözləri və filmləri ilə ən çox müzakirə yaradan rejissorlarından biri olan Trier mətbuata danışmama andını pozub.

Hitler və Nasistlər barədə etdiyi zarafatların yanlış anlaşılması üzündən mətbuatdan küsən rejissor uzun müddətdən sonra ilk dəfə Venesiya Film Festivalının mətbuat konfransında çıxış edib.

Konfransa onlayn qoşulan Trier növbəti layihəsinin "Cekin tikdiyi ev" (The house that Jack built) adlı serial olduğunu söyləyib. Serial haqqında geniş danışmayan rejissor "nəhəng komanda" ilə işləmək istədiyini dilə gətirib. Trierin 1990-cı illərdə çəkdiyi "Krallıq" serialı kult kimi qiymətləndirilir.

Rejissorun Venesiya Film Festivalında olan prodüseri Luis Vesz isə layihə haqqında bu sözləri deyib: "Sadəcə, bundan əvvəl belə bir şey görmədiyinizi deyə bilərəm".

Tarix
2014.09.30 / 19:05
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla